İran və Çin arasında 20 əməkdaşlıq müqaviləsi imzalanıb
İran prezidenti İbrahim Rəisi və Çin sədri Si Cinpinin iştirakı ilə Tehran və Pekin arasında 20 əməkdaşlıq sazişi imzalanıb.
AFN.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Böhranların idarə olunması, turizm, rabitə və informasiya texnologiyaları, ətraf mühit, beynəlxalq ticarət, əqli mülkiyyət, kənd təsərrüfatı, ixrac, səhiyyə, media, idman və mədəni irs kimi sahələrdə əməkdaşlıq müqavilələri İran hakimiyyəti ilə Çin arasında imzalanan sənədlər arasındadır. Müqavilələr Rəisinin Pekinə səfəri zamanı imzalanıb.
İbrahim Rəisinin Pekinə səfəri İran prezidentinin son 20 ildə ilk rəsmi səfəri hesab olunur.