Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyə sadiqdir"


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu həftə Brüsseldə mətbuat konfransı keçirib.



AFN.az “EU Reporter”ə istinadən xəbər verir ki, o, rəsmi Bakının Cənubi Qafqazda sülh və sabitliyə sadiq olduğunu bildirib.

O qeyd edib ki, regionda sülhün təmin olunması üçün diplomatiya və əməkdaşlıq vacibdir. Prezidentin köməkçisi konfrans iştirakçılarına Azərbaycanın ötən 30 il ərzində Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu və bu məqsədə nail olmaq üçün beynəlxalq tərəfdaşlarla konstruktiv dialoq apardığını xatırladıb.

Rəsmi Bakının avropalı tərəfdaşlarla əməkdaşlığından da söz açan H.Hacıyev Azərbaycanın bu əməkdaşlığı genişləndirilməsi prosesinə sadiq qaldığına da söyləyib:

“Avropa İttifaqının (Aİ) Cənubi Qafqazda böyük maraqları var və Aİ-yə regionda sabitliyin və iqtisadi inkişafın təşviqində mühüm oyunçu kimi baxır. Azərbaycan Aİ ilə xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat sahələrində əlaqələri inkişaf etdirməkdə mühüm yol qət edib”.

Prezidentin köməkçisi regiondakı humanitar məsələlərə də diqqət çəkib.

“Azərbaycan Ermənistan işğalından azad edilmiş ərazilərə azərbaycanlı məcburi köçkünlərin qaytarılması və mədəni irs olan obyektlərin bərpası kimi məsələlərin həlli üçün beynəlxalq təşkilatlar və tərəfdaşlarla işləməyə hazırdır. Bu yanaşma regionda sülh və yenidənqurmaya yönələn qərarlılığı nümayiş etdirir”, - deyə o əlavə edib.

Mətbuat konfransında iqtisadi inkişaf məsələlərinə də toxunulub. H.Hacıyev regional əlaqə, ticarət və investisiyaların rolunu vurğulayaraq Azərbaycanın Cənubi Qafqaza iqtisadi mərkəz kimi baxmasından danışıb: “Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəqliyyat infrastrukturuna dair iddialı planları onun bütün regionun iqtisadi çiçəklənməsinə diqqətini göstərir”.

Prezident köməkçisi son olaraq Cənubi Qafqazda sabit təhlükəsizlik mühitinin vacibliyindən danışıb: “Azərbaycan öz təhlükəsizliyini gücləndirmək üçün addımlar atmaqla yanaşı, geniş regional təhlükəsizliyi də müdafiə edir. Regional təhlükəsizlik isə maraqlı tərəflərin əməkdaşlığını tələb edir. Sülhə sadiqlik, avropalı tərəfdaşlarla əməkdaşlıq, humanitar problemlərin həlli, iqtisadi inkişafın təşviqi və regional təhlükəsizliyin təmin edilməsi Azərbaycanın region üçün strategiyasının mühüm elementləridir. Azərbaycan Cənubi Qafqazın gələcəyinin formalaşmasında fəal rol oynamağa davam edir. Ölkəmizin sülh və əməkdaşlığa sadiqliyi hamı üçün daha sabit və çiçəklənən region vəd edir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu