Ermənistan Roma Əsasnaməsini ratifikasiya etdi - Putin ölkəyə daxil olarsa, həbs olunacaq


Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin əsasını təşkil edən Roma Statutunu ratifikasiya edib. Bu o deməkdir ki, Rusiya prezidenti Putin Ermənistan torpağına ayaq basanda həbs oluna bilər.

Parlamentin iclasında Beynəlxalq Cinayət Məhkəməsinin təsis müqaviləsi olan Roma Statusu 22 əleyhinə 60 səslə təsdiqlənib.

Bu o deməkdir ki, barəsində həbs qərarı çıxarılan Rusiya prezidenti Vladimir Putin Ermənistan ərazisinə ayaq basanda həbs oluna bilər.

Beynəlxalq Cinayət Məhkəməsi martın 17-də Putinin Ukraynada törədilmiş hərbi cinayətlərə görə məsuliyyət daşıdığını iddia edərək onun həbsinə order verib.

Məsələ ilə bağlı açıqlama verən Kreml, “İstəməzdik ki, Putin Ermənistana səfər etməkdən imtina etsin” ifadələrini işlədib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu