DİN onu axtarışa verdi - Qanunsuz silahlı qruplaşmaya...
Rusiya Daxili İşlər Nazirliyi Ukraynada döyüşən gürcü legionunun rəhbərini axtarışa verib.
AFN.az "TASS" agentliyinə istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi Ukrayna tərəfində döyüşən Gürcüstan Milli Legionu silahlı birləşməsinin rəhbəri Uşanqa Mamulaşvilini axtarışa verib.
Mamulaşvili ölkənin maraqlarına zidd olaraq qanunsuz silahlı qruplaşmaya muzdlular cəlb etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.