S️ON DƏQİQƏ! Ruben Vardanyanla bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI- İkili AGENT...


Qondarma rejimin dövlət naziri Ruben Vardanyanı ifşa edən faktlar ortaya çıxıb.



AFN.az musavat.com-a istinadən xəbər verir ki, "Caliber"in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan tərəfi Vardanyanın Qərbin əsas siyasətçiləri, jurnalistləri, “hüquq müdafiəçiləri” və “ekspertləri” ilə təmaslarına dair sənədli sübutlar əldə edib, onlarla lobbiçilik fəaliyyətinin müəyyən tapşırıqlarını həyata keçirmək üçün açıq maliyyə sövdələşmələri aparılıb.

Beləliklə, dünya ictimaiyyəti Ruben Vardanyanın "Karnegi Fondu" ilə əməkdaşlığının kəskin təfərrüatlarından tezliklə xəbərdar olacaq.

O da məlum olub ki, Donetsk separatçısı, hazırda Rusiya Federasiyası Dövlət Dumasının deputatı olan Aleksandr Boroday birbaşa Vardanyan tərəfindən maliyyələşdirilib. Ümumiyyətlə, məlum olub ki, Vardanyan Rusiya xüsusi xidmət orqanlarının müvafiq idarəsinin nəzarəti altında Donbass separatizminin dəstəklənməsində fəal iştirak edib. USAİD-in rəhbəri Samanta Pauerin timsalında Amerika administrasiyasının əsas fiqurlarından biri Ruben Vardanyanla əməkdaşlıq edir, o da öz növbəsində eyni vaxtda Ukraynada separatizmi maliyyələşdirir. Əsas sual budur ki, kim kimin üçün işləyib? İstisna etmək olmaz ki, Ruben Vardanyan erməni klassiklərinə uyğun olaraq ikili agent olub, bunun nəticəsində Rusiya hakimiyyətinin “görən gözləri” onu həbsini sadəcə olaraq sızdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu