Fukusimada tullantı sularının okeana axıdılmasının ikinci mərhələsinə başlanılıb


Yaponiyanın Fukusima Dai-i-i Atom Elektrik Stansiyasında toplanmış radioaktiv emal olunmuş tullantı sularının okeana axıdılmasının ikinci mərhələsinə başlanılıb.


Elektrik stansiyasının operatoru Tokyo Electric Power (TEPCO) şirkətinin bəyanatına görə, təmizlənmiş tullantı sularının axıdılmasının ikinci mərhələsi başlayıb, birincisi avqustun 24-dən sentyabrın 11-dək tamamlanıb.

Gündə təxminən 460 ton çirkab su dəniz səviyyəsindən aşağıda tikilən tunel vasitəsilə Sakit Okeanın sularına, dənizdən 1 kilometr aralıda buraxılacaq.

Elektrik stansiyasında evakuasiyanın ikinci mərhələsinin 3 həftədən az çəkəcəyi gözlənilir. Üçüncü və dördüncü fazadakı atqılarla 2024-cü ilin mart ayına qədər stansiyadan ümumilikdə 31 min 200 ton çirkab su axıdılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu