Fukusima AES-dən tullantı sularının axıdılmasının dördüncü mərhələsinə başlanılıb


Yaponiyanın Fukusima Dai-i-i Atom Elektrik Stansiyasında toplanmış radioaktiv təmizlənmiş tullantı sularının okeana axıdılmasının dördüncü mərhələsinə başlanılıb.



Zavodun operatoru Tokyo Electric Power (TEPCO) şirkətinin bəyanatına görə, təmizlənmiş tullantı sularının axıdılmasının dördüncü mərhələsinə başlanılıb. Mərhələnin birincisi 24 avqust-11 sentyabr, ikincisi oktyabrın 5-dən 23-dək, üçüncüsü isə keçən il noyabrın 2-dən 20-dək tamamlanıb.

Müvafiq olaraq 17 gün ərzində dəniz səviyyəsindən aşağı inşa edilən tunel vasitəsilə qurudan 1 kilometr dənizə Sakit Okeanın sularına 7800 ton çirkab su buraxılacaq.

31 mart 2024-cü ildə başa çatacaq 2023-cü maliyyə ilini əhatə edən 4 mərhələli tullantı sularının axıdılmasına uyğun olaraq AES-dən cəmi 31 min 200 ton çirkab su axıdılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu