İlham Əliyev və İrakli Qaribaşvili Tiflisdə Heydər Əliyevin 100 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olub - FOTOLAR (YENİLƏNİB)


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Tidlisdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "The Architect of Prosperity" – "Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar.


AFN.az xəbər verir ki, Dövlətimizin başçısına və Gürcüstanın Baş nazirinə sərgi ilə bağlı məlumat verildi. Qeyd olundu ki, Azərbaycanı müasir və iqtisadi cəhətdən çiçəklənən ölkəyə çevirən Ümummilli Liderə ehtiramın ifadəsi olan bu sərgi Ulu Öndərin bütün həyatını dövlətçiliyimizə və xalqımıza həsr etməsindən və ölkənin gələcək inkişafının əsasını necə müdrikliklə qoymasından bəhs edir.

Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer alıb. Ekspozisiyanın Azərbaycan-Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində Ulu Öndər Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Edurad Şevarnadze, həmçinin Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribaşvili ilə görüşlərindən də fotoşəkillər nümayiş olunur.



14.40

Oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Bu barədə Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.

14.08

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olu

Bu barədə Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.

Həmçinin İlham Əliyev və İrakli Qaribaşvili Tiflisdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "The Architect of Prosperity" – "Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar.

11.38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfərə yollanıb.

Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tiflis şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və digər rəsmi şəxslər qarşılayıblar.


























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu