"Space" TV-yə xəbərdarlıq edildi


Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilib.



Şuradan AFN.az-a verilən məlumata görə, iclasda Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəmadi həyata keçirdiyi monitorinq nəticəsində "Space" TV-nin efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.

Belə ki, "Space" Müstəqil Televiziya və Radio Şirkət MMC-nin "Space" TV televiziya redaksiyasının efirində 04 noyabr 2023-cü il tarixində “Yaxşıya doğru” proqramının yayımı zamanı (saat 12.19-da) proqramın aparıcısı hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “... cinayətkardır...” ifadəsini işlədib ki, bununla da, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulub.

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu