Xəzərdə dalğanın hündürlüyü 2.6 metrə çatdı - FAKTİKİ HAVA
Bu gün saat 14:00-a olan məlumatına əsasən, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, küləyin maksimal sürəti arabir Daşkəsəndə 28 m/s, Qobustanda 24 m/s, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb.