Dənizdə dalğanın hündürlüyü 3.6 metrə çatıb


Oktyabrın 17-si saat 13:00-a olan məlumata əsasən, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsir.



Bu barədə AFN.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, küləyin maksimal sürəti arabir Naftalanda 30 m/s, Mingəçevirdə 26 m/s, Ağstafada 20 m/s, Yevlaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 25-30 m/s-dək güclənib.

Neft Daşları stansiyasının verdiyi məlumata əsasən, dənizdə dalğanın hündürlüyü 3.6 metrə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu