Belçikada kilsədə çətənə qalmaqalı


Belçikanın Turnhout şəhərindəki kilsədə çətənə bitkiləri yetişdirməkdə ittiham olunan iki nəfər polis tərəfindən saxlanılıb.



Belçika mətbuatında çıxan xəbərlərə görə, keşiş kilsənin çardağında qurumağa başlayan 200 ədəd çətənə kökü taparaq polisə xəbər verib.

Polis araşdırmaya başlayıb və keçən həftə kilsənin ətrafında şübhəli hərəkət edən insanları təqib edib.

Şübhəlilərdən biri çardaqda, digəri isə kilsədə polis tərəfindən yaxalanıb.

Saxlanılanlardan biri məhkəmədə həbs edilib, digəri isə elektron qolbaqla ev dustaqlığına buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu