Goranboyda minlərlə çətənə kolu məhv edilib


Goranboyda üç tona yaxın yabanı halda bitən çətənə kolları məhv edilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zeyvə kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Ümumi çəkisi 2 ton 482 kiloqram olan, 4850 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu