Rusiyada bəzi ixracatçı şirkətlərə xarici valyuta satmaq öhdəliyi tətbiq edildi


Rusiya prezidenti Vladimir Putin rublun ucuzlaşması ilə əlaqədar ölkəsində əsas ixracatçılara xarici valyuta satmaq öhdəliyini yenidən tətbiq edib.



Rusiya hökumətindən verilən açıqlamada Putinin bəzi Rusiya ixracat şirkətləri üçün fərman imzaladığı bildirilib.

Müvafiq olaraq, Rusiyanın 43 ən böyük ixracatçı şirkəti öz valyuta gəlirlərini daxili bazarda satmağa borcludur, bəzi rəsmi qurumlar isə bu şirkətlərin valyuta satış prosesinə nəzarət edəcək.

Bəyanatda fikirlərinə yer verilən Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov, bu tədbirlərin əsas məqsədinin valyuta bazarında şəffaflığın, proqnozlaşdırmanı artırmaq və valyuta spekulyasiyası imkanlarını azaltmaq olduğunu qeyd edib.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 12-də verdiyi açıqlamada ixracatçı şirkətlərin valyuta gəlirlərini Rusiyaya "məhdud" şəkildə qaytardığına diqqət çəkərək, "Onlar burada işləməyin daha təhlükəsiz olduğunu başa düşməlidirlər. Əminəm ki, müraciət etdiyim insanlar məni başa düşdülər” ifadələrini işlədib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu