Rusiya Mərkəzi Bankı valyuta satışlarını 10 dəfə artıracaq
Rusiya Mərkəzi Bankı daxili bazarda gündəlik xarici valyuta satışının müvəqqəti olaraq 2,3 milyard rubldan 21,4 milyard rubla (təxminən 220 milyon dollar) çatdırılacağını açıqlayıb.
Rusiya Mərkəzi Bankından verilən açıqlamada, 16 sentyabrda ödəniləcək Rusiya Avrobond emissiyasının xarici valyutada ödənilməsi ilə əlaqədar daxili bazarda valyuta satışlarının sürətləndiriləcəyi qeyd edilib.
Bankın 14-22 sentyabr tarixlərində daxili bazarda valyuta satışlarını 2,3 milyard rubldan 21,4 milyard rubla yüksəldəcəyi bildirilən açıqlamada sözügedən addımın müvəqqəti olduğu vurğulanıb.
Ekspertlər qeyd edirlər ki, sözügedən qərar son vaxtlar xarici valyutalar qarşısında dəyərini itirən rublun məhdud sabitliyini təmin edə bilər.
Mərkəzi Bank rublun ucuzlaşması ilə əlaqədar avqustun 15-də siyasət faizini 8,5 faizdən 12 faizə yüksəldib və növbəti iclasda əlavə faiz artımı edə biləcəyinə işarə edib.