İsrail: "Girovlar evlərinə qayıtmayınca Qəzzaya elektrik, su və yanacaq verilməyəcək"
İsrailin energetika naziri İsrael Katz Qəzza zolağında girov saxlanılan israillilər evlərinə qayıtmayana qədər Qəzzaya elektrik, su və yanacaq verilməyəcəyini bildirib.
İsrailin energetika naziri İsrael Katz bununla bağlı açıqlama verib.
Açıqlamada deyilir:
"Qəzzaya humanitar yardım? İsrailli girovlar evlərinə qayıdana qədər elektrik açarları, su kranları açılmayacaq və yanacaq daşıyan maşınlar bölgəyə girməyəcək".
Katz, İsrailin Qəzzada silahlı və ya mülki olmasından asılı olmayaraq kollektiv cəza tətbiq etməsinə beynəlxalq reaksiyalara "İnsan olana qarşı insani. Heç kim bizə əxlaq dərsi verməməlidir" deyərək cavab verib.