İsrail Qəzza zolağına su daşıyan bütün boru kəmərlərini kəsib


İsrail Qəzza zolağına su daşıyan bütün boru kəmərlərini kəsib.


Bunu ölkənin energetika və su ehtiyatları naziri İsrael Katz deyib.

“Mən İsraildən Qəzzaya su təchizatının dayandırılmasını əmr etdim. Dünən enerji təchizatı kəsilib”, - deyə Katz qeyd edib.

Əvvəllər İsrail hakimiyyəti vətəndaşlara bomba sığınacaqlarında 72 saat dayanmaq üçün qida, su və dərman ehtiyatı saxlamağı tövsiyə edirdi. Milli Xəbər Xidməti yazır ki, səlahiyyətlilər vətəndaşlardan akkumulyatorla işləyən fənərlər, rabitə vasitələri, dərmanlar və kiçik uşaqlar üçün avadanlıq götürmələrini də xahiş ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu