Yunanıstan vətəndaşlarının İsrail və Fələstindən təxliyəsini başa çatdırıb
Yunanıstan İsrail və Fələstindəki vətəndaşlarının təxliyyəsinin tamamlandığını açıqlayıb.
Yunanıstan Xarici İşlər Nazirliyi vətəndaşlarının İsrail və Fələstindən təxliyəsi ilə bağlı açıqlama verib.
Bildirilir ki, bölgəyə səyahət edən Yunanıstan vətəndaşlarından 90-ı bazar ertəsi, 68-i isə çərşənbə axşamı ölkələrinə qayıdıb. İsraildə yaşayan daha 72 Yunanıstan vətəndaşının ölkəyə gətirilməsi və onların təxliyyə tələbi ilə proses tamamlanıb.
Yunanıstan vətəndaşları üçün təşkil edilən uçuşlarda Avstriya, Almaniya, İsrail, Albaniya, Belçika, Şimali Makedoniya, Bolqarıstan, İrlandiya, Latviya, Ukrayna və Panama vətəndaşları da bölgədən təxliyə edilib.