Yunanıstan hərbçilərin maaşını 6 aydır ödəmir
Yunanıstan hökuməti hərbi qulluqçularının əməkhaqqını ödəmir.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, sürətlə silahlanan, Aralıq dənizinin şərqində böhran yaratmağa çalışan Yunanıstan sərhəd bölgələrində xidmət edən hərbçilərinin maaşını 6 aydır verə bilmir.
Bu barədə Şərqi Makedoniya və Trakiya bölgələrinin hərbi birliyi məsələ ilə bağlı yazılı açıqlama yayıb.
Hərbçilər Yunanıstan hökumətindən problemin həlli ilə bağlı tədbirlərin görülməsini tələb ediblər.