Azərbaycan hakimiyyəti axtarırdı, Yunanıstan-Türkiyə sərhədini keçəndə tutuldu
Azərbaycan hakimiyyətinin çoxsaylı cinayətlərə görə axtardığı xarici vətəndaş Yunanıstan-Türkiyə sərhədini keçərkən tutulub.
Virtualaz.org xəbər verir ki, bu haqda Yunanıstan hüquq-mühafizə orqanları bildirir.
Həmin şəxs iki ölkə sərhədindəki Kipr sərhəd-nəzarət məntəqəsindən Yunanıstan ərazisinə keçməyə cəhd edərkən ötən bazar günü saxlanılıb. Dövlət informasiya agentliyi ANA-MPA bildirir ki, şübhəli dələduzluğa, yazışma məxfiliyini pozmaqda, kompüter hakerliyində, şantajda ittiham olunur. O, prokurorluq tərəfindən dindirilir.