ABŞ-ın hərbi texnikası olan gəmi Yunanıstan limanındadır
ABŞ-ın hərbi texnika ilə yüklü olan “Liberty Pride” gəmisi Yunanıstanın şimalındakı Aleksandrupolis limanındadır.
AFN.az bu barədə Yunanıstan mediasına istinadən xəbər verir. Bildirilir ki, Aleksandrapolisdə boşaldılan hərbi texnika NATO-ya məxsusdur. Bu texnikaların alyansın böyük hərbi təlimlərinin keçiriləcəyi Bolqarıstan və Rumıniyaya veriləcəyi qeyd olunur.
“Liberty Pride” ABŞ-ın Çarlston limanından Aleksandrapolisə gəlib və gələn həftənin ortalarında yola düşəcək. 200 metrlik yük gəmisi Cənub-Şərqi Avropada NATO qoşunlarının təchizat zəncirinin aparıcı halqası hesab edilir. Hərbi təlim prosesinin avqustun sonuna qədər davam edəcəyi bildirilir.
ABŞ ordusunun 200-dən çox zabiti və mülki şəxsi də hərbi texnikanın daşınması üçün Aleksandrapolisdədir.