Bu xərclər artırılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsində televiziya, radio və nəşriyyat xərcləri artırılır.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Layihəyə əsasən gələn il televiziya, radio və nəşriyyat xərcləri 67 589 813 manat təşkil edəcək. Bu göstərici 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10.8% və ya 6,565,700 manat çoxdur.