8 ildən sonra Pakistanda ilk futbol
Pakistanda 8 ildən sonra ilk dəfə beynəlxalq futbol oyunu keçiriləcək.
Pakistan Milli Komandası oktyabrın 17-də paytaxt İslamabaddakı Cinnah İdman Stadionunda 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin ilk oyununda səfərdə 0:0 hesablı heç-heçə etdiyi Kambocanı qəbul edəcək.
Pakistan Futbol Federasiyasının (PFF) rəsmisi Məhəmməd Yaşal, 8 ildən sonra keçiriləcək beynəlxalq matçdan əvvəl verdiyi açıqlamada bunu yeni bir başlanğıc olaraq gördüklərini söyləyib.
Təhlükəsizlik problemləri və PFF daxilindəki fikir ayrılıqları səbəbindən ölkədə beynəlxalq futbol yarışlarının təşkil oluna bilmədiyini izah edən Yaşal 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Pakistan-Yəmən matçının təhlükəsizlik baxımından Bəhreyndə keçirildiyini xatırladıb.
Xatırladaq ki, Pakistan son beynəlxalq oyununu 2015-ci ildə Əfqanıstana qarşı evdə keçirib.