KİV: Münaqişə başlayandan bəri bir milyondan çox fələstinli evlərini tərk edib.


Münaqişə başlayandan bəri bir milyondan çox fələstinli Qəzza zolağının atəşə tutulması nəticəsində evlərini tərk edib.


"RİA Novosti"nin xəbərinə görə, bunu Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur deyib.

O qeyd edib ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 3 min fələstinli həlak olub. "Onların yarıdan çoxu qadın və uşaqlardır", - deyə Mənsur bildirib.

Oktyabrın 7-də səhər saatlarında Fələstin radikalları Qəzza zolağına raket zərbələri endirməyə başlayıb. Buna cavab olaraq ölkə Qəzzada hərbi əməliyyata başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu