Anasını bıçaqlayan yeniyetmə vəzifəli şəxsin oğludur


Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.




AFN.az xəbər verir ki, 2006-cı il təvəllüdlü K. H. ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü S. H.-ni bıçaqlayıb.



Daha sonra o, anasını Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.



DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.



Faktla bağlı araşdırma aparılır.



***



“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H-nin ailəsində baş verib. Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu