Bakıda oğul anasını boğub öldürmək istədi

Bakıda oğul anasını öldürməyə cəhd edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 18-də Nizami rayonu, Qara Qarayev prospektində yerləşən mənzillərdən birində baş verib.
1981-ci il təvəllüdlü Y.F. 1961-ci il təvəllüdlü anasını boğmağa çalışıb. Qadın koma vəziyyətində xəstəxanaya aparılıb və həyatı xilas edilib.
Qadın hadisə barədə polisə məlumat verib.
Y.F. saxlanılıb. Faktla bağlı araşdırma aparılır.