ABŞ İsrailə hərbi ekspertlər də göndərib
Pentaqon ABŞ komandirlərinin İsrail Müdafiə Qüvvələrinə məsləhət vermək üçün bölgəyə göndərildiyini, onların əməliyyatlara rəhbərlik etməyəcəklərini, lakin şəhər döyüşlərində təcrübələrini bölüşmək üçün orada olduqlarını açıqlayıb.
Keçirdiyi mətbuat konfransında sualları cavablandıran Pentaqonun mətbuat katibi Patrick Ryder, İsraildəki Amerika komandirləri haqqında "Onlar heç bir şəkildə əməliyyatlarda fəal iştirak etmirlər. Məsləhət üçün oradadırlar" - deyə bildirib.
Ekspertlər qrupuna ABŞ general-leytenantı rəhbərlik edir
İsraildə xidmət edən aparıcı Amerika komandiri general-leytenant Ceyms Qlindir. Onların hamısının ortaq cəhəti İŞİD-ə qarşı mübarizə tarixləridir. Qlinnin əvvəlki vəzifəsi ABŞ Xüsusi Qüvvələrinin beynəlxalq antiterror bölməsi olan Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığının komandir müavini olub.
Qlin İsrail ordusuna məsləhət verən və adı rəsmən açıqlanan yeganə növbətçi zabitdir. Pentaqon komandasındakı digər zabitlərdən neçəsinin təqaüdə çıxdığı və neçəsinin aktiv vəzifədə olduğu barədə dəqiq məlumat verməkdən çəkinir.