Daha bir ölkə Ermənistana müşahidəçi göndərir


Çox yaxında Kanada Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasına qoşulmaq üçün bu ölkəyə iki müşahidəçi göndərəcək.



AFN.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.

"Kanada Ermənistana müşahidəçi göndərmək istəyən ilk qeyri-Avropa Birliyi ölkəsidir və yaxın vaxtlarda İrəvana 2 müşahidəçi gələcək. Ümid edirik ki, Kanada gələcəkdə bu töhfəni genişləndirəcək", - deyə o bildirib.

Hovhannisyan qeyd edib ki, Ermənistana səfəri zamanı Kanada XİN başçısı humanitar yardım məsələlərinə də toxunub. Onun sözlərinə görə, Kanada Ermənistana yardımını üç dəfə artırıb.

Qeyd edək ki, Kanadanın xarici işlər naziri Melani Coli oktyabrın 26-da İstisuya (Cermuk) səfər edib. O, Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının üzvləri ilə görüşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu