Baş Prokurorluq Göyçayda konfrans keçirəcək

Baş Prokurorluq noyabrın 3-də Göyçay şəhərində ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil edəcək.
Bu barədə AFN.az-a qurumdan bildirilib.
Qeyd olunub ki, “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı konfransda, Baş Prokurorluğun və digər dövlət qurumlarının məsul şəxsləri, regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcək.
Xatırladaq ki, Baş Prokurorluq bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə, Zaqatala,Sabirabad və Şəmkir şəhərlərində regional konfranslar keçirib.