Goranboyda 2 nəfər göbələkdən zəhərlənib
![](/uploads/posts/2023-10/1698390005_65d4a504-f852-3017-a001-d1094115c61b_850.jpg)
Goranboy rayonunun Erkəc kəndində 2 nəfər qidadan zəhərlənib.
"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy rayon sakinləri - 1996-cı il təvəllüdlü N.Məmmədov və 2003-cü il təvəllüdlü S.Həsənalıyeva yaşadıqları evdə qidadan zəhərləniblər.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Zərərçəkmişlərin yaxınlarının bildirdiyinə görə, onlar göbələk yedikdən sonra vəziyyətləri pisləşib.
Faktla bağlı araşdırma aparılır.