İstanbulda tələbə yataqxanasında zəhərlənmə: 60 nəfər xəstəxanaya yerləşdirilib


İstanbul Küçükçekmecedəki Fatma Refet Angın Tələbə Yurdunda qalan 60-a yaxın tələbə axşam saatlarında yedikləri yeməkdən zəhərlənib. Tələbələr xəstəxanaya aparılıb.


İddiaya görə, Namık Kamal küçəsində yerləşən Fatma Refet Angın Tələbə Yurdunda qalan bir çox tələbə axşam yeməyində toyuq yeyib.

Bir müddət sonra qusma və başgicəllənmə şikayəti ilə çıxış edən tələbələr vəziyyəti əvvəlcə yataqxana işçilərinə, daha sonra isə 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

Yataqxanaya gələn həkim briqadaları başgicəllənmə və qusma şikayəti ilə müraciət edən tələbələrə tibbi yardım göstərib. Tələbələr təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.

Xəstəxanaya sövq edilən 60-a yaxın tələbənin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Polis qrupları hadisə ilə əlaqədar araşdırma başladıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu