Polşada 4 uşağa qarşı cinsi istismarda ittiham olunan keşiş saxlanılıb
Polşa polisi 4 uşağa cinsi istismarda ittiham olunan 64 yaşlı keşişi saxlayıb.
Polşa dövlət agentliyi PAP-ın məlumatına görə, Qdansk polisinin sözçüsü Pyotr Pavlovski bildirib ki, 15 yaşından kiçik uşaqlara qarşı bir sıra cinsi cinayətlər törətməkdə şübhəli bilinən keşişlə bağlı dosye üzərində işləyirlər.
İddialara görə, 64 yaşlı şəxs dini ayinləri müşahidə etmək bəhanəsi ilə mənəvi bələdçi rolundan əldə etdiyi etibardan istifadə edərək qurbanlarını cinsi əlaqəyə və ya digər cinsi hərəkətlərə sürükləyib.
Prokurorun tələbi ilə məhkəmə keşiş haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.
Şübhəli şəxs ittihamları qəbul etməyib və ifadə verməkdən imtina edib.