Qəzzadakı vəziyyət İsrailə dəstəyi zəiflədir - ABŞ


ABŞ prezidenti Co Bayden və müşavirləri İsrail liderlərinə xəbərdarlıq ediblər.


AFN.az xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Kanalın xəbərinə görə, xəbərdarlıqda deyilir ki, Qəzza zolağında mülki əhalinin əziyyət çəkməsi İsrail Müdafiə Qüvvələrinin (IDF) hərbi əməliyyatına dəstəyi zəiflədir.

“İsrail üçün problem ondan ibarətdir ki, tənqid təkcə onun düşmənləri tərəfindən deyil, həm də onun ən yaxşı dostları tərəfindən daha da güclənir”, - deyə telekanal ABŞ administrasiyasının yüksək rütbəli rəsmisindən sitat gətirib. O, həmçinin qeyd edib ki, Bayden İsrailin anklavın şimalındakı qaçqın düşərgəsinə son zərbələr endirməsindən heç də məmnun deyil.

Telekanalın qeyd etdiyi kimi, Vaşinqton İsrailə dünya ictimaiyyətinin artan qəzəbi və onun Qəzza zolağındakı əməliyyata təsiri barədə xəbərdarlıq edir. Kanalın məlumatına görə, ABŞ rəsmiləri hesab edir ki, İDF-nin mülki əhalinin iztirabları ilə bağlı iğtişaşlar və atəşkəs çağırışları son nöqtəyə çatana qədər məqsədlərinə çatmaq üçün aylar deyil, yalnız həftələr var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu