SON DƏQİQƏ! 400-dən çox dövlət rəsmisi etiraza qalxdı - Baydenə ŞOK SON DƏQİQƏ! 400-dən çox dövlət rəsmisi etiraza qalxdı - Baydenə ŞOK
400-dən çox ABŞ rəsmisi prezident Co Baydenin İsrail siyasətinə etiraz edən məktubu imzalayıb.
AFN.az bu barədə “The New York Times”a istinadən xəbər verir.
“Təxminən 40 dövlət qurumunu təmsil edən ABŞ rəsmisi İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyata administrasiyanın dəstəyi ilə bağlı artan daxili narazılığı əks etdirir” - nəşr yazır.
Administrasiyanın müharibəyə dəstəyi ilə bağlı artan daxili narazılığın bir hissəsi olan məktubda prezidentdən Qəzza zolağında dərhal atəşkəs elan etməyə və humanitar yardımın bölgəyə buraxılması üçün İsrailə təzyiq göstərməyə çağırılır.
Qeyd edək ki, bu yaxınlarda Konqresin 400-dən çox əməkdaşı anonim şəkildə Qəzzada atəşkəs elan edilməsinə çağıran açıq məktub imzalamış və Dövlət Departamenti rəsmiləri Bayden administrasiyasının İsrailin Qəzza müharibəsinə yanaşmasını tənqid edən daxili sənəd hazırlamışdılar.
Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə direktoru Coş Pol da istefasının səbəbini “ABŞ-ın İsrailə ölümcül yardımının davam etdirilməsi ilə bağlı fikir ayrılığı” ilə əlaqələndirib.