KİV: ABŞ İsraildən Qəzzada daha az güclü sursat istifadə etməyi tələb edib


Birləşmiş Ştatlar İsraili Qəzza zolağında hədəf seçərkən daha “ağıllı” olmağa və daha az güclü döyüş sursatından istifadə etməyə məcbur etməyə çalışır.


AFN.az xəbər verir ki, “New York Times” Amerika rəsmilərinə istinadən yazıb. “ABŞ-ın yüksək rütbəli hərbi məmurları, demək olar ki, gündəlik telefon danışıqlarında israilli həmkarlarına hədəf seçimində daha ağıllı və dəqiq olmaları üçün təzyiq göstərməyə çalışırlar” - deyə nəşr bildirib.

Nəşr qeyd edir ki, bir sıra ABŞ rəsmiləri də İsraili hərbi hədəflərdə 1000-2000 funt-sterlinq (450-900 kiloqram) çəkisi olan sursat əvəzinə 250 funtluq (110 kiloqramdan çox) peyk vasitəsilə idarə olunan bombalardan istifadə etməyə çağırır.

Xəbər verildiyi kimi, bir sıra milli təhlükəsizlik rəsmiləri Qəzza zolağındakı əl-Şifa xəstəxanasının İDF üçün son dərəcə vacib hədəf olduğunu bildiriblər. ABŞ-ın yüksək rütbəli rəsmilərindən biri deyib ki, ora bir zərbə yüzlərlə, hətta minlərlə fələstinlinin ölümü ilə nəticələnə bilər.

“New York Times” qəzetinin yazdığına görə, ABŞ-ın bəzi hazırkı və keçmiş hərbi rəsmiləri İsrailin mülki şəxslərin təhlükəsizliyinə üstünlük verib-vermədiyini sual altına alırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu