Nepal prezidenti ölkədə baş verən zəlzələ ilə əlaqədar Avropaya səfərini təxirə salıb


Nepal prezidenti Ramçandra Paudelin noyabrın 8-nə planlaşdırılan Avropa səfəri hələlik təxirə salınıb.


AFN.az-ın məlumatına görə, bu barədə "The Kathmandu Post" xəbər verib.

Prezidentin baş katibi Suresh Çandra Çalis bildirib ki, Fransa, İtaliya və Almaniyanı əhatə edən 10 günlük səfər ölkədəki mövcud vəziyyətə görə təxirə salınıb.

“Cümə günü baş verən zəlzələdən sonra ölkə böhran vəziyyətindədir. Təbii fəlakətin yaratdığı böhrana görə xalq matəm içindədir. Buna görə də prezident səfəri təxirə salmaq qərarına gəlib”, – Çalis bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu