Qarabağ Dirçəliş Fondu ən uğursuz variantı seçib - Osman Gündüz


Qarabağ Dirçəliş Fondunun nə seçdiyi forma, nə də nəzərdə tutduğu xərclər ağlabatan deyil.


AFN.az xəbər verir ki, bunu informasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz deyib. O, Qarabağ Dirçəliş Fondunun 1.2 milyonluq kitab məsələsinə aydınlıq gətirməsilə bağlı məsələyə toxunub. Bildirib ki, Fond həqiqətən kitab buraxacaqlarını, lakin bunun fəqli bir proses olduğunu, müxtəlif dillərdə və variantlarda olacağını, təqdimatlar, müzakirələr və s. olacağını açıqlayıb. Lakin bütün bunlara baxmayaraq, ekspertin fikrincə, istənilən halda, söhbət "Qarabağın Dirçəlişi: Faciədən Zəfərə" adlı kitabın yazılmasından, həm də onun Dubayda qeydiyyatda olan "Media Prima Advertising" şirkəti tərəfindən hazırlanmasından gedir və həqiqətən də nəzərdə tutulan xərclər ağlabatan görsənmir: "Baxmayaraq ki, Fond xərclərin ianələrdən toplanan vəsaitdən deyil, Fond tərəfindən yatırılan investisiyalardan əldə olunan gəlirlərdən formalaşdığını bildirib. Yeri gəlmişkən, Fondun vəsaitlərindən investisiya məqsədilə istifadə ağlabatan və məntiqlidir, amma gərək bu prosesdə ciddi şəffaflıq və hesabatlılıq olsun".
O. Gündüzün sözlərinə görə, Fondun niyyəti təqdirə layiq olsa da, seçdiyi forma səmərəli, effektiv və ağlabatan deyil: "Bəlkə də mahiyyət və forma etibarilə ən uğursuz variant seçilib. Qarabağın faciəsindən Zəfərinə doğru olan prosesi daha innovativ ideya ilə, daha ağlabatan xərclərlə gerçəkləşdirə bilərdilər. Bilmirəm ideya kimə məxsusdur. Düşünürəm ki, uğurlu deyil.
Fikrimcə, həm də tanıdığım üçün deyə bilərəm ki, Fondun rəhbəri Rəhman Hacıyev qarşıya qoyulan məqsədə çatmaq üçün daha uğurlu variant tapa bilərdi".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu