Timsah qıza hücum edərək başını dişləyib


ABŞ-da bir qadın üzgüçülük zamanı timsahın hücumundan sağ qalıb.


Bu barədə "FOX 35 Orlando" məlumat yayıb.

Marissa Karr Florida ştatının Ocala yaxınlığında dostu ilə şnorkel edərkən qəfildən təxminən üç metr uzunluğunda timsahın hücumuna məruz qalıb. "Mən şnorkel maskamı çıxarıram, arxaya dönürəm və iki balaca gözün sudan çıxdığını görürəm" - deyə o hadisəni xatırlayıb. Bildirdiyinə görə bir qədər sonra sürünən timsah ona tərəf üzüb və başından yapışıb.

Karrın şansı onun ağzı tam qapanmadığı üçün gətirib. Nəticədə o tez timsahın ağzından çıxıb qaçmağı bacarıb. Qızın sözlərinə görə, o, timsah tərəfindən dişləndiyini dərhal dərk etməyib. “O an o qədər də ağrım yox idi. Sonra qaçıb nə baş verdiyini anlayanda ağrım başladı” - deyə zərərçəkən qeyd edib. Hücum nəticəsində Karr alnından yara alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu