İsrail Suriyadakı obyektlərə zərbə endirib


İsrail Müdafiə Ordusu (İMO) Qolan təpələrinə hücuma cavab olaraq Suriyadakı “terrorçu infrastrukturun” obyektlərini vurub.



AFN.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti teleqramda məlumat yayıb.

“Bir müddət öncə Qolan təpələrinə yönəlmiş dünənki (şənbə) hücuma cavab olaraq İMO-nun qırıcıları Suriyadakı terrorçu infrastrukturun obyektlərini vurub”, – məlumatda nəql edilib.

Xatırladaq ki, şənbə günü Ordunun mətbuat xidməti Suriya tərəfindən atəşin qeydə aldığını və cavab atəşi açmağa başladığını bildirmişdi.

Qeyd edək ki, Qolan təpələrinin böyük hissəsi 1967-ci ildən İsrailin işğalı altındadır. İsrail de-fakto nəzarət etdiyi əraziləri 1981-ci ildə ilhaq edib. Beynəlxalq ictimaiyyət ilhaqı tanımayıb. 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərində suverenliyini tanımış ilk ölkə olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu