ABŞ dövlət katibi: Qolanla Krımı müqayisə etmək olmaz
Qolan yüksəkliklərindəki situasiya ilə Krımın anneksiyasını müqayisə etmək olmaz. Bu situasiyalar tam fərqlidir.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Senatındakı dinləmələr zamanı dövlət katibi Mayk Pompeo deyib.
“Qolan yüksəklikləri İsrail hücuma məruz qaldıqdan sonra İsrailin bir hissəsi olub. İsrail hərbçiləri müdafiə olunmaq üçün Qolan yüksəkliklərini işğal etmək, özünü Suriya rejimindən müdafiə etməyə davam etmək məcburiyyətində idilər. Rusiya isə əksinə, müdafiə mövqeyində olmayıb. Rusiya uyğun şəraitdə ona heç bir təhdid kəsb etməyən xalqın ərazilərini ələ keçirmək qərarı verib”, – deyə o bildirib.