Keçmiş məktəb direktoru zorlama və uşaqlara cinsi təcavüz ittihamı ilə edam edilib


Çinin Qansu əyalətində keçmiş ibtidai məktəb direktoruna “zorlama” və “uşaqlara cinsi təcavüz” ittihamı ilə verilən ölüm hökmünün icra olunduğu açıqlanıb.


"China Daily"nin məlumatına görə, Pingliang əyalətinin Cingning rayonunda yerli məktəbdə işləyən Canq Longci adlı müttəhim 8-12 yaş arası 5 qıza və 8-14 yaş arası 17 qıza cinsi təcavüz etməkdə günahkar bilinib.

Hökm noyabrın 7-də, təqsirləndirilən şəxsin yerli məhkəmənin edam hökmündən verdiyi apellyasiya şikayəti Qansu Ali Məhkəməsi tərəfindən rədd edildikdən sonra icra edilib.

Qeyd olunub ki, cinayətdən zərər çəkən şagirdlərə yerli təhsil rəhbərliyi tərəfindən psixoloji yardım və dəstək göstərilib, hadisə baş verən ibtidai məktəb bağlanaraq başqa məktəbə birləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu