Hindistanlı fermerlərdən qəribə etiraz aksiyası


Hindistanın cənub-qərbindəki Karnataka əyalətində fermerlər qəribə səbəblə yürüş keçirməyi planlaşdırır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu aksiyanın səbəbi kənd yerlərində gəlin qıtlığı ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

Fermerlərin fikrincə, ölkədə qadınların və onların ailələrinin kənd həyatına bağlanmaq istəməməsi nəticəsində “nikah böhranı” hökm sürür.

“Biz heç bir cehiz istəmirik. Biz onlara kraliça kimi yanaşırıq. Amma buna baxmayaraq, ailələr qızlarını bizə vermək istəmirlər”, - deyə 30 yaşlı fermer Santoş bildirib. Onun sözlərinə görə, dekabrda keçirilməsi planlaşdırılan yürüşün məqsədi bu sosial problemə diqqət çəkməkdir.

Son illərdə Hindistan kəndlərində toyların sayı iki dəfə azalıb. Hətta fermer atalar da qızlarını qonşu oğlanlara ərə vermək istəmirlər, qızları şəhərlərə oxumağa göndərirlər və ya ciddi peşəsi, sabit gəliri olan şəhər sakinləri arasında özünə uyğunluq axtarırlar.

Nəticədə arvad tapmaq çoxlu fermerlərə, bəzən hətta illər deyil, onilliklər tələb edir. Bu problem çox vaxt intihara səbəb olur.

Hindistanda fermerlərin ümumi sayının orta hesabla 100 milyon olduğu təxmin edilir. Hesablama və qeydiyyat üsulları və sistemləri müxtəlif olduğundan rəsmi mənbələrdə dəqiq rəqəm verilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu