12 və 17 yaşlı qızlarını öldürən ata həbs edildi


Türkiyənin Konya bölgəsində 12 və 17 yaşlı iki qızını bıçaqlayaraq öldürdüyünü bildirən ata polisə təslim olub.


AFN.az ölkə mediasına istinadən xəbər verir ki, psixoloji durumu yoxlandıqdan sonra məhkəməyə çıxarılan şəxs həbs edilib.

69 yaşlı Yusuf Əl Ahmet evinin yaxınlığındakı polis şöbəsinə gedərək, qızlarını öldürdüyünü bildirib. Onun evinə baxış keçirən polislər qızları 17 yaşlı Kövsərin və 12 yaşlı Mərvənin meyitini aşkarlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu