Oğuzda meşədə meyiti tapılan gənc görün niyə öldürülüb


Oğuz rayonunun Mollalı kəndində meşəlik sahədə törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.



Həmkəndlisi, 33 yaşlı Toğrul Kərimovu güllələyərək öldürən və meyitini meşədə basdıran 31 yaşlı Pərvin Məmmədov əvvəllər narkotikə görə məhkum edilibmiş. Onlar arasındakı münaqişə isə Pərvinin Toğruldan aldığı borc pula görə yaranb. Vəd verdiyi vaxtda borcunu qaytarmayan Pərvin ona irad bildirən həmkəndlisi ilə meşəyə gedərək dalaşıblar. Bu zaman o, odlu silahla atəş açaraq T. Kərimovu qətlə yetirib və meyitini meşədə gizlətdikdən sonra yeri qazaraq onu basdırıb.

Bu gün isə Pərvin Məmmədov əmisi ilə birgə polis şöbəsinə gedərək itkin düşmüş şəxs kimi axtarılan Toğrul Kərimovu əslində öldürdüyünü deyib. O, meyiti basdırdığı yeri göstərib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.//Manset.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu