DƏHŞƏT! Ata 6 yaşlı qızını 29 yaşlı kişi ilə evləndirdi - dini nikahla! (VİDEO)


Türkiyədə hiddət yaradan 6 yaşlı qız uşağının 29 yaşlı kişi ilə evləndirilməsi məsələsi ilə bağlı yenilik var.


AFN.az xəbər verir ki, qızın atası Yusuf Ziya Gümüşel və keçmiş həyat yoldaşı Kadir İstekli haqqında həbs qərarı çıxarılıb. Qərardan sonra nəzarətə alınan hər iki şəxs həbsxanaya göndərilib. Qərara münasibət bildirən ədliyyə naziri “Qanun işləyir, hər kəsin vicdanı təmiz olmalıdır” deyib.

Qeyd edək ki, Hiranur Vəqfinin qurucusu Yusuf Ziya Gümüşel 6 yaşlı qızı H.K.G.-ni 29 yaşlı Kadir İstekliyə dini nikahla ərə verməkdə ittiham edilir. Öz növbəsində K.İstekli azyaşlı ilə nikaha görə məhkəməyə çıxarılıb. Hər iki şəxsə, həmçinin qızın anası Fatimə Gümüşelə ittiham aktı elan edilib. İttiham aktında Kadir İstekli üçün 30 ildən, ata Yusuf Ziya Gümüşel və anası Fatimə Gümüşel üçün isə 18 ildən az olmayaraq həbs cəzası istənilib. Səs-küy yaradan və cəmiyyətdə reaksiyalara səbəb olan hadisə ilə bağlı H.K.G. və Ailə və Sosial Xidmətlər Nazirliyinin vəkilləri təqsirləndirilən şəxslər Kadir İstekli və Yusuf Ziya Gümüşelin həbsini istəyib. Həbs qərarı çıxarıldıqdan sonra polis əvvəlcə Pendikdə Kadir İsteklini saxlayıb. Daha sonra ata Yusuf Ziya Gümüşel nəzarətə götürülüb.
Qeyd edək ki, nikahın gerçəkləşməsi ilə bağlı müvafiq sənədlər, ekspertiza rəyi mövcuddur. Belə ki, 6 yaşında evləndirilən və mütəmadi olaraq təcavüzə məruz qalan H.K.G-nın 17 yaşında ana olduğu deyilir. Bütün bu illər ərzində yaşadıqlarına dözən H.K.G. 18 yaşında yaşadıqlarını bir qadına danışıb. Bu işdə ona gizlin istifadə etdiyi sosial media hesabı kömək edib.
Hazırda 24 yaşı olan H.K.G. 2020-ci il noyabrın 30-u polisə müraciət edib və səs yazısını, eləcə də evləndirilərkən çəkilən fotoları təqdim edib. Məsələ ilə bağlı məhkəmə prosesi cari ilin oktyabr ayında nəticəsiz olaraq başa çatıb. Belə ki, Kadir İstekli, Yusuf Ziya Gümüşel və həyat yoldaşı Fatma Gümüşelə 27 ildən az olmayaraq həbs tələb olunsa da, sözügedən şəxslər həbs edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu