İtaliyada fermerlərin etirazları davam edir


Kənd təsərrüfatı siyasətlərinin, xüsusilə AB-nin "Yaşıl Müqavilə" proqramının etiraz edildiyi ölkələr sırasına əlavə edilən İtaliyada fermerlər bu gün bəzi şəhər və yollarda traktorları ilə etiraz aksiyası keçirib.



Fermerlər traktorlarını ölkənin şimal-cənub arteriyası olan A1 şossesinin Milanın girişindəki Melegnano bölgəsinin yol kənarında saxlayaraq, “Fermer yoxdur, yemək yoxdur” və "Avtomobillərlə bütün Avropanı bloklamağa hazırıq” yazılı plakatlar və İtaliya bayraqları asıblar.

Milan yaxınlığında keçirilən aksiyada 100-ə yaxın traktor iştirak edib.

İtaliya mətbuatında çıxan xəbərlərə görə, Milan yaxınlığındakı bu nümayişdən başqa 250-yə yaxın traktorla fermerlər A1 magistralının Valdiçiana bölgəsində də etiraz aksiyası keçiriblər.

Lodi, Qrosseto, Kalyari və Leççe şəhərlərində bir çox fermer öz traktorları ilə yollara çıxıb.

Qeyd edək ki, İtaliyada fermerlər Aİ-nin “Yaşıl sövdələşmə” proqramına və kənd təsərrüfatı sektoruna tətbiq edilən vergilərə etiraz edərək, sintetik qidalara daha sərt qaydalar qoyulmasını tələb edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu