Fransada polis etiraz edən fermerlərə müdaxilə etdi - 79 nəfər saxlanıldı


Fransada kənd təsərrüfatı sektorunda daha yaxşı şərait tələb edən fermerlərin etirazları davam edir.



Ölkənin hər yerindən fermerlər traktorlarla Parisə gəlməyə başlayıblar. Parisə çatan fermerlər polisin müdaxiləsi ilə qarşılaşıblar və 79 nəfər saxlanılıb.

Şəhərin cənubunda topdansatışların yerləşdiyi Rungis bölgəsində toplaşan nümayişçilərə polis müdaxilə edib. 79 fermer saxlanılıb, onların bir çox traktorları müsadirə edilib.

Fermerlər hökumətin Avropa İttifaqının şərtlərindən asılılığını azaltmasını tələb edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu