Fransadakı fermerlərdən mesaj: "Hökumət kifayət qədər tədbirlər görməsə, təzyiqləri artıracağıq"


Fransada günlərlə yolların bağlanmasından sonra hökumət tərəfindən bəzi tədbirlər görülsə də, bunların kifayət etmədiyini bildirən fermerlər qarşıdakı günlərdə etirazlarının intensivliyini artıra biləcəklərini deyiblər.



Yerli mətbuatda yer alan xəbərə görə, paytaxt Paris və ətrafını mühasirəyə alan fermerlərin etirazlarının sona çatmasından bu yana 10 gündür fermerlər birlikləri ilə hökumət arasında danışıqlar davam edir.

Baş nazir Qabriel Attal dünən Kənd Təsərrüfatı Naziri Mark Fesneau və ölkənin ən böyük fermer birliklərindən biri olan FNSEA və Gənc Fermerlər birliyinin nümayəndələri ilə görüşüb.

FNSEA prezidenti Arnaud Rousseau Baş nazirlə keçirdiyi görüşləri dəyərləndirərkən, fermerlərin tələbləri ilə bağlı bütün mövzuları müzakirə etdiklərini və heç bir irəliləyiş olmadığını söyləməyin yanlış olacağını söyləyib.

Digər tərəfdən əldə edilən irəliləyişlərin qeyri-kafi olduğunu və tələblərini reallaşdırmaq üçün hökumətə təzyiqin davam etdirilməli olduğunu bildirən Rousseau, fermerlərin etirazlarının həcminin və şiddətinin arta biləcəyi mesajını verib.

Traktorlarla yolu bağlamaq aksiyalarına rəhbərlik edən Koordinasiya Rurale və Fermerlər Konfederasiyasının nümayəndələrinin bu gün prezident Emmanuel Makronla görüşü gözlənilir.

Hökumətlə danışıqlar davam etsə də, ölkənin bəzi yerlərində fermerlər etirazlarını davam etdirirlər.

Lot-et-Garonne rayonunda kənd təsərrüfatı siyasətlərinə münasibət bildirmək istəyən yüzlərlə fermer, bölgədə fəaliyyət göstərən bəzi bankların qarşısında traktorları ilə etiraz aksiyası keçirib və ot boşaldıb.

Fermerlər bankların girişinə öz bəyannamələri yazılmış kağızları da yapışdırıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu