Almaniyadakı fermerlər hökumətə etiraz etdi


Almaniyadakı fermerlər, əmanət tədbirləri çərçivəsində kənd təsərrüfatına dizel subsidiyasını təxirə salmaq istəyən hökumətə etiraz edib.


Hökumət kənd təsərrüfatı sahəsində subsidiyaları ləğv etməyi planlaşdırması fermerlərin yanvar ayının 8-də ölkənin bir çox regionlarında başladığı aksiyanın Berlində davam etdirməsinə səbəb olub.

Almaniyanın müxtəlif bölgələrindən olan traktorları ilə Berlinə gələn fermerlər, tarixi Brandenburg darvazası ilə Zəfər abidəsi arasındakı 17 İyun küçəsi ətrafındakı hərəkəti dayandırıblar.

Logistika sektoru tərəfindən dəstəklənən fermerlərin etirazlarında TIR və digər ağır nəqliyyat vasitələri də iştirak ediblər. Aksiya Berlin şəhər mərkəzində nəqliyyatın hərəkətinin pozulmasına səbəb olub.

Berlin polisindən verilən açıqlamaya görə, nümayişə 8 min 500 adam, 6 min 500 traktor, kənd təsərrüfatı vasitələri və digər nəqliyyat vasitələri ilə qatılıb.

Nümayişçiləri təşkil edənlər isə iştirakçıların sayının 30 minə çatdığını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu