Ermənistan bu müharibədə dərsini aldı - Ərdoğan
Ermənistan Qarabağ müharibəsində dərsini alıb yerinə oturdu.
AFN.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) Qrup toplantısında çıxışında deyib.
"Ermənistan illər boyu xam xəyallar ardınca qaçdı. Qarabağ müharibəsində dərsini alıb yerinə oturdu", - Ərdoğan deyib.
Bundan başqa, Türkiyə prezidenti çıxışında sərhəd təhlükəsizliyi, terrorizmlə mübarizə, iqtisadi məsələlər və Qəzza zolağındakı son hadisələrə də toxunub.